Pakistanın hələ də Ermənistanla əlaqələri yoxdur - NAZİR

“Qardaş Azərbaycana, Bakıya səfər etmək mənim üçün çox xoşdur. Gəldiyim ilk gündən azərbaycanlılardan, Azərbaycan hökumətindən doğmalığı hiss etdim. Sizə xatırladım ki, bizim Azərbaycanla münasibətlərimizə görə hələ də Ermənistanla əlaqələrimiz yoxdur”.


Bunu Azərbaycanda səfərdə olan Pakistanın iqtisadiyyat naziri Sərdar Ayaz jurnalistlərə açıqlamasında bildirib.


“Qeyd edim ki, Ermənistan Azərbaycana hücum edərkən mən bu ölkənin işğalçılıq siyasətini pisləyən qətnaməni Pakistan parlamentinə təqdim etdim. Şükürlər olsun ki, mən yenidən parlamentdə çıxış edərək Azərbaycanın Ermənistan üzərində qələbəsi münasibətilə təbrik etdim. Bizim ürəyimiz Azərbaycanladır. Biz qardaşıq, bizim münasibətlərimiz yüksək səviyyədədir. Mən Azərbaycan Prezidentinə təşəkkür edirəm ki, bu görüşü təşkil etdi. Bizim Azərbaycanda çox səmərəli görüşlərimiz oldu. Münasibətlərimiz xalqlarımızın xeyrinədir. Prezidentin də vurğuladığı kimi, biz həmrəy olmalıyıq. Azərbaycan hər zaman Kəşmir məsələsində Pakistanın yanında olub. Pakistan da hər zaman Azərbaycanın haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib”, - nazir qeyd edib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.