İyulun 4-də Rusiya ordusu Xarkov vilayətinin Pervomayski qəsəbəsini “İskəndər” raketi ilə vurub.
Rbc.ua bildirir ki, bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlama verib.
“Bizim məlumatlara və Fövqəladə Hallar Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarımızın əməkdaşlarının qənaətinə görə, bu, “İskəndər” tipli raket olub”, - deyə o bildirib.
Onun sözlərinə görə, işğalçılar yaşayış massivinə zərbələr endiriblər, zərbə yerinin yaxınlığında sənaye və hərbi obyektlər olmayıb.
Sinequbov əlavə edib ki, hazırda 10-u uşaq olmaqla 35 yaralı var.
Zərərçəkənlərin artacağı istisna edilmir.