Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Bu barədə Senzor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
**12:42
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən BƏƏ-nin "EDGE" şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Bu barədə Senzor.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Sərgi çərçivəsində şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.