"Ermənistan KTMT-nin iclasında müxtəlif səbəblərdən iştirak etməkdən imtina edib".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistan KTMT-dən çıxmaq üçün əsas hazırlamır, lakin bloka fikirləşmək üçün vaxt verir.
Paşinyan qeyd edib ki, KTMT mövcud öhdəliklərinə baxmayaraq, Ermənistanın təhlükəsizlik çağırışlarına lazımi cavab verməyib və bu, bir neçə dəfə təkrarlanıb:
“İctimaiyyətimiz üçün başa düşülən deyil ki, niyə hər dəfə gəlib, eyni şeyi təkrar edirik, heç bir cavab almadan gedib, qayıdırıq".
Qeyd edək ki, o, bir müddət əvvəl Belarusun paytaxtı Minskdə keçiriləcək KTMT-nin sammitinə qatılmaqdan imtina edib. Kremlin sözçüsü Dmitri Peskov N.Paşinyanın qərarından təəssüfləndiklərini bildirib.