Fransa səfirləri Makrona üsyan etdilər: PARİSDƏ ARA QARIŞIB
ELÇİN ALIOĞLUNUN YAZISI

Çağdaş Fransanın tarixində ilk dəfə olaraq ölkə diplomatları dövlət başçısının yürütdüyü siyasətə açıq şəkildə, çox sərt formada etiraz ediblər. Bunu artıq diplomatik üsyan, Fransanın Yaxın Şərqdəki xarici siyasətinin fiaskosu da adlandırırlar.

 

Fransanın Livan, Tunis, Mərakeş, Misir, İordaniya, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveytdəki səfirləri ölkə prezidenti Emmanuel Makrona "birgə nota" formatında məktub ünvanlayaraq İsrail-Fələstin münaqişəsində rəsmi Parisin tutduğu mövqeyə görə təəssüfləndiklərini və qayğılandıqlarını bildiriblər.

 

"Le Figaro" və "Le Parisien" bildirirlər ki, Fransa diplomatiyasının Yaxın Şərqdə və ümumiyyətlə, ərəb ölkələrindəki fəaliyyətində indiyədək misli görünməmiş demarş sayıla biləcək birgə nota təcrübəli diplomatların səbrinin tükəndiyindən xəbər verir.

 

Səfirlərin fikrincə, Emmanuel Makronun İsrail-Fələstin münaqişəsindəki mövqeyi Parisin ərəb dövlətlərindəki nüfuzuna çox ağır zərbə vurur.

 

Məktub Fransa XİN-ə və Yelisey Sarayına göndərilib.

 

Diplomatların fikrincə, Emmanuel Makronun Yaxın Şərqdəki proseslərlə bağlı mövqeyi və regional siyasəti normallıqdan, balanslaşdırılmış strategiyadan və düşünülmüş yanaşmadan çox uzaqdır.

 

"Nəticədə Şimali Afrika və Yaxın Şərq ölkələrində Fransanın nüfuzuna çox ağır zərbələr dəyir", - səfirlərin birgə notasında bildirilib.

 

Yelisey Sarayı və Fransa XİN-i səfirlərin birgə məktubunu şərh etməkdən boyun qaçırıblar.

 

XİN mənsubu sadəcə, bunları söyləyib: "Fransanın xarici siyasətini vətəndaşların seçdikləri prezident və hökumətt müəyyənləşdirir. Konkret halda diplomatik fəaliyyətə xarici işlər naziri rəhbərlik edir. Məktubun məzmunu konfidensial olduğundan, şərh edə bilmərik".

 

Müxtəlif illərdə Fransanın Şimali Afrika ölkələrində səfirləri olmuş Deni Boşar, Şarl-Anri d-Araqon və İv Oben de la Messyuzyerin fikrincə, birgə notanın tam məzmununu müəllifləri, yəni səfirlər də açıqlamaq istəmirlər.

 

Lakin əldə etdiyimiz məlumatlara görə, Fransa səfirlərinin sərt demarş təsiri bağışlayan birgə notası Emmanuel Makrona qarşı atılmış "ilk addım"dır.

 

Fransa XİN-in yerləşdiyi Orse Bulvarında ölkə prezidentinin və ümumiyyətlə, rəsmi Parisin Yaxın Şərq, Şimali Afrika və postsovet ölkələrindəki siyasəti ilə bağlı narazılıq artır. Təcrübəli diplomatlar Fransanın bu bölgələrdə faktiki fiaskoya uğradığını, diplomatiya müstəvisində sürəkli məğlubiyyətlərə düçar olduğunu vurğulayırlar.

 

Makron administrasiyasının Afrikadan sonra Yaxın Şərqdə də ciddi diplomatik, siyasi və geosiyasi itkilərlə üzləşdiyini etiraf edən fransalı diplomatların fikrincə, Cənubi Qafqazdakı situasiyada da Parisin birmənalı olaraq tərəf tutması, müvazinətə uyğunlaşmayan siyasət yürütməsi Fransanın yeni itkilər verməsi ilə nəticələnə bilər.

 

"Parisdə ara qarışıb: ilk dəfədir prezidentə qarşı diplomatik qiyam başlanıb", - Fransanın nüfuzlu mediası olayı belə şərh edir.

 

Fransanın tanınmış, təcrübəli diplomatları onu da vurğulayıblar ki, "birgə nota"dan sonra yeni addım olacaq.

 

Həmin addım barədə təfərrüatlı açıqlama verilməsə də, Emmanuel Makrona heç xoş olmayacaq "sürpriz" təsiri bağışlayacağı şübhəsizdir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.