Noyabrın 15-də Dəməşqdə Ermənistan parlamentinin sədr müavini, baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının idarə heyətinin üzvü Akop Arşakyanın rəhbərlik etdiyi nümayəndə heyəti Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Senzor.az erməni mətbuatına istinadən bildirir ki, görüşdə Arşakyan Suriyanın erməni icmasının iki ölkə arasında “birləşdirici körpü rolunu” qeyd edib.
Ermənistan parlamentinin vitse-spikeri qeyd edib ki, İrəvan Dəməşqlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yardım etməyə hazırdır.
Əsəd erməni icmasının Suriya iqtisadiyyatının və mədəniyyətinin inkişafına verdiyi töhfəni vurğulayıb: “Suriya erməniləri öz dövlətinin, cəmiyyətinin və dəyər sisteminin bir hissəsi hesab edir. Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanı problemlərin və çağırışların aradan qaldırılmasında dəstəkləyirik”.