İsrail Müdafiə Ordusu (İMO) Qəzza şəhərinin qərbini nəzarətə alıb və təmizləyib, daha sonra əməliyyatın növbəti mərhələsinə keçib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant məlumat verib.
“Son 24 saat ərzində Qəzza şəhərinin qərb hissəsinin tutulması və təmizlənməsini başa çatdırdıq. Növbəti mərhələyə keçdik... Əməliyyat aydın, hədəflər seçilərək və çox qətiyyətlə davam edir və həyata keçirilir”, – Qallant ordu bazalarından birinə səfəri zamanı deyib.