İsrail ordusu İordan çayının qərb sahilinin Cenin şəhərindəki İbn Sina xəstəxanasını mühasirəyə alıb.
Senzor.az bildirir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri xəstəxananın boşaldılmasını tələb ediblər.
Xəstəxana həkimləri isə hərbçilərin tələblərini yerinə yetirməkdən imtina ediblər.
Məlumat üçün əlavə edək ki, İsrail ordusu Fələstin Muxtariyyətinin ərazisində əməliyyatlar keçirib. Cenin şəhərində keçirilən əməliyyat zamanı yerli silahlılarla toqquşma baş verib. Terrorda şübhəli bilinən şəxslər saxlanılıblar.