Noyabrın 20-də Fələstinin radikal HƏMAS hərəkatı oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan bəri İsrailin Təl-Əviv şəhərinə ən ağır raket zərbələri endirib.
Bu barədə ərəb telekanalları “Al Arabiya” və “Al Mayadeen” məlumat yayıblar.
Qeyd olunub ki, İsrailin mərkəzində yerləşən bir neçə şəhər də raket atəşinə tutulub.
HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadalarından bildirilib ki, İsrail ərazisinin atəşə tutulması “mülki əhalinin öldürülməsinə” cavab olaraq həyata keçirilib.