Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü hələ planlaşdırılmayıb.
“Sputnik Armenia” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.
Bakı ilə vasitəçisiz görüşün İrəvan üçün məqbul olub-olmaması ilə bağlı suala cavab verən Mnatsakan Safaryan qeyd edib ki, vasitəçilərin iştirakının məcburi olduğu məsələlər var.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı sülh prosesini müzakirə etmək üçün sərhəddə görüşməyə dəvət edərək, İrəvanı yeni lazımsız gecikmələrə yol verməməyə çağırıb.