Ermənistan müdafiə nazirliyinin N saylı hərbi hissəsinin ehtiyatda olan hərbçisi Artur Varujanoviç Qriqoryan (1985-ci il təvəllüdlü) yanğında ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə bu gün saat 13:20 radələrində mühafizə postunun döyüş mövqeyinin sığınacağı ilə bitişik binada naməlum şəraitdə baş verib.
O da vurğulanıb ki, hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.