Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirməsi nəticəsində 2 mülki şəxs ölüb, 10-dan çoxu yaralanıb.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə səhifəsində yazıb.
O bildirib ki, fevralın 7-də Ukraynanın 6 bölgəsi Rusiyanın atəşinə məruz qalıb.
Dövlət başçısının sözlərinə görə, raket zərbələri nəticəsində yaşayış binaları dağılıb. Sakinlər dağıntılar altında qalıb.
**10:04
Rusiya ordusu səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə raketlərlə hücum edib və şəhərdə partlayış olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Kiyev meri Vitali Kliçko və Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı yayıblar.
Məlumata görə, Rusiyanın “Tu-95” qırıcıları ölkənin Murmansk vilayətindəki Olenya aerodromundan uçuş edib.
Ukraynanın Çerkassk, Xarkov, Nikolayevsk vilayətlərinə də hücum olub. Hücumda İran istehsalı olan “Shahed” RUA-larından da istifadə olunduğu bildirilib.
İtki və dağıntı barədə məlumat verilməyib.