Aİ və Ermənistan viza rejiminin sadələşdirilməsini müzakirə edəcək

Aİ və Ermənistan viza rejiminin sadələşdirilməsini müzakirə edəcək.


Bildirilib ki, fevralın 13-də Brüsseldə baş tutacaq Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasında ikitərəfli münasibətlər və siyasi məsələlərə toxunulacaq.


“Tərəflər Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin və Aİ-Ermənistan Tərəfdaşlıq Prioritetlərinin icra vəziyyəti, eləcə də daha iddialı Aİ-Ermənistan Tərəfdaşlıq Gündəliyinə doğru irəliləyiş imkanları barədə fikir mübadiləsi aparacaqlar. Onlar həmçinin siyasi dialoq və islahatlar, demokratiya, qanunun aliliyi və insan haqları, iqtisadi, ticarət və sektorlar üzrə əməkdaşlıq, o cümlədən miqrasiya, mobillik və viza liberallaşdırılması dialoqunun başlanması perspektivlərini müzakirə edəcəklər".


Qeyd olunub ki, iclasda siyasi məsələlər, o cümlədən regional məsələlər, xarici və təhlükəsizlik siyasəti ilə bağlı fikir mübadiləsi aparılacaq.


Tərəfdaşlıq Şurasının iclasına Aİ-nin Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell, Ermənistan nümayəndə heyətinə isə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan rəhbərlik edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.