NATO Rusiya ilə onilliklər davam edəcək qarşıdurma ehtimalına hazırlaşmalıdır - STOLTENBERQ

Vladimir Putin ölkəsinin iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırlayır.


Bu barədə NATO Baş katibi Yens Stoltenberq "Welt"ə açıqlamasında deyib.


Baş katib Yens Stoltenberqin sözlərinə görə, NATO Rusiya ilə onilliklər davam edəcək qarşıdurma ehtimalına hazırlaşmalıdır: "NATO Rusiya ilə müharibə axtarmır. Ancaq biz onilliklər davam edə biləcək bir qarşıdurmaya hazırlaşmalıyıq".


O, NATO müttəfiqlərini silah sənayesini daha sürətlə genişləndirməyə çağırıb: "Əgər Putin Ukraynada qalib gəlsə, Rusiya təcavüzünün başqa ölkələrə yayılmayacağına zəmanət yoxdur".


Stoltenberq vurğulayıb ki, hazırda ən yaxşı müdafiə Ukraynanı dəstəkləmək və NATO-nun hərbi imkanlarına sərmayə qoymaqdır: "Biz sənaye bazamızı daha tez bərpa etməli və genişləndirməliyik ki, Ukraynaya tədarükləri artıraq və eyni zamanda öz ehtiyatlarımızı artıraq. Bu, sülh dövründə yavaş istehsaldan münaqişə zamanı zəruri olduğu kimi sürətli istehsala keçmək deməkdir".


NATO Baş katibi Rusiya prezidenti Vladimir Putinin ölkəsinin iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırladığını vurğulayaraq "Rusiya bütün iqtisadiyyatını müharibəyə yönəldir, biz də təhlükəsizliyimiz üçün daha çox şey etməliyik", deyə bildirib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.