İranın XİN rəhbəri Beyrutda "Hizbullah" lideri ilə görüşdü – REGİONDA VƏZİYYƏT DƏYİŞƏ BİLƏRMİ?
ŞƏRH

Xəbər verildiyi kimi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian  Livanın paytaxtı Beyrutda “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullahla görüşüb. 

 

İsrail Qəzzada fəallaşıb, konkret şəkildə ABŞ-dan gələn xəbərdarlıqlara heç bir məhəl qoymadan Qəzzanı bombalayır. İsrail indi də Misirlə sərhədə qoşun yığaraq bu bölgədə əməliyyat planlaşdırır. 

 

Misir və Türkiyə son günlər yaxınlaşıb, İsrailə qarşı birgə addımlar müzakirə edilir. ABŞ İsraillə verdiyi dəstəyi demək olar ki, kəsib. Netenyahu hökumətinə qarşı təzyiqlər çox güclüdür. Belə bir vaxtda İranın baş diplomatının regiona səfər edərək İsrailə düşmən ən böyük təşkilatın rəhbəri ilə görüşməsi onu deməyə əsas verir ki, İran regionda İsrail əleyhinə yaranmış vəziyyəti dəyərləndirmək istəyir. 

 

Bu məsələdə incə bir məqam da budur ki, İran Yaxın Şərqdə öz siyasətini həmişə SEPAH vasitəsi ilə həyata keçirirdi. SEPAH komandirlərinə qarşı keçirilən məlum əməliyyatlardan sonra onun bu   funksiyaları dövlət strukturlarına, daha konkret desək,  Xarici İşlər Nazirliyinə verilib. Hüseyn Əmir Abdullahian  olduqca tədbirli və hazırlıqlı diplomatdır. Onun bu siyasəti uğurla icra edəcəyinə şübhə yoxdur. Lakin İranin regionda İsrailə qarşı hansısa hücumu Qəzza məsələsini unutdura və İsrailin əlini gücləndirə bilər. Başqa sözlə, belə bir hücum Netenyahu üçün bir növ göydəndüşmə olardı. Çünki bundan istifadə edərək, Qərbdə itirilmiş nüfuzunu bərpa edə, ABŞ-dan yenidən yüksək səviyyədə yardım ala bilər. 

 

Ancaq HƏMAS-la bərabər “Hizbullah”la da toqquşmaya girmək Benyamin Netenyahunun iqdidarını böyük riskə də ata bilər. Onsuz da ölkənin iqtisadi vəziyyətində geriləmələr var, insan tələfatına görə də əhalinin  qəzəbi getdikcə artır. Bu hal daha da güclənərsə, Netenyahu hökuməti ayaqda çətin ki, qala bilsin. Ancaq unutmayaq ki, İsrail siyasi elitası bu məsələdə Baş naziri dəstəkləyir. Elə onu aqressiv və özünə arxayın edən də məhz budur.

 

Zeynal Əmrəliyev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.