Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa Parlamentinin Təhlükəsizlik və Alt Komitəsinin sədri Natali Luazo Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Ermənistan KİV-i ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, onlar Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlıq proqramına dair məsələləri müzakirə ediblər. Hər iki tərəfin bu istiqamətdəki səyləri qeyd edilib.