Ukrayna Silahlı Qüvvələri (SQ) təmas xəttində hücum əməliyyatlarından müdafiəyə keçib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna SQ-nin yeni Baş komandanı Aleksandr Sırski deyib.
"Hazırda cəbhə xəttindəki vəziyyəti ağır olaraq qiymətləndirmək olar. Biz müdafiəyə keçdik", - deyə o vurğulayıb.