ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini NATO-ya hücuma təhrik edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evdəki çıxışında deyib.
“Keçmiş prezident dünyaya təhlükəli, şokedici və açıq desək, Amerika ruhuna zidd mesaj göndərdi. Bir neçə gün əvvəl Tramp Putinə NATO müttəfiqlərimizə hücum etmək üçün dəvət göndərib”, - deyə o bildirib.