"Ukraynaya verilən hərbi dəstək həm də bizim təhlükəsizliyimizə sərmayədir".
Bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin fevralın 15-də keçiriləcək iclasından əvvəl mətbuat konfransında deyib.
"NATO müttəfiqləri Ukraynaya hərbi yardım verməyə davam edir və bu yardım döyüş meydanında həqiqi fərq yaradır. Bizim hərbi dəstəyimizlə qəhrəman ukraynalılar Rusiyanın işğal etdiyi torpaqların yarısını azad edib, Qara dənizdə dəhliz yaradıb və nəticədə Rusiya qüvvələri ağır itkilər verib", - o bildirib.
NATO Baş katibi Avropa İttifaqının Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiqləməsi qərarını alqışladığını qeyd edərək: "Ümid edirəm ki, ABŞ Konrqesi də oxşar addımı tezliklə atacaq. Bu ianə deyil, öz təhlükəsizliyimizə qoyulan sərmayədir", - deyib.