"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Senzor.az bildirir ki, Azərbaycan çempionu Portuqaliyada "Braqa"nın qonağı olub.
“Munisipal” stadionunda oynanılan görüşü danimarkalı baş hakim Morten Kroq idarə edib. İlk dəfə Avropa Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" səfərdə tarixi qələbə qazanıb - 4:2.
“Qarabağ”ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (penaltidən), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.
Meydan sahiblərindən isə 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (penaltidən) fərqləniblər.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.
**10:29(15.02.2024)
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.
Senzor.az xatırladır ki, Azərbaycan çempionu “Qarabağ” da bu raundda ilk matçını keçirəcək.
Ağdam təmsilçisi tarixi qarşılaşmaya Portuqaliyada çıxacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda “Braqa”nın qonağı olacaq.
“Munisipal” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Görüşü Danimarkadan olan Morten Kroq idarə edəcək.
Komandalar arasındakı cavab görüşü isə fevralın 22-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.