Gələn ay Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) nazir İliya Darçiaşvilinin həmkarı Hakan Fidanla görüşünə dair yaydığı bəyanatında bildirilib.
Qeyd olunub ki, XİN başçıları söhbət zamanı uğurlu Azərbaycan-Türkiyə-Gürcüstan formatına toxunublar.
"Hər üç ölkənin xarici işlər nazirlərinin bu formatda növbəti görüşü martda keçiriləcək", - məlumatda qeyd olunub.
Gürcüstan XİN-in məlumatına görə, tərəflər Azərbaycan, Gürcüstan və Türkiyənin tranzit potensialını da gözdən keçiriblər.
"Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafının, həmçinin Orta Dəhlizin önəmi qeyd edilib", - məlumatda bildirilib.
**17:09
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə Cənubi Qafqazdakı son durumu müzakirə edib.
Bu barədə nazirlərin görüşündən sonra keçirdikləri mətbuat konfransında H.Fidan deyib.
“Regionda ən yaxın gələcəkdə sabitliyin bərpası, konstruktiv mühitin təmin olunması barədə arzumuzu, mövqeyimizi ifadə etdik”, - o söyləyib.