Moskvada keçirilən beynəlxalq forumda azərbaycanlı deputat Ermənistan təmsilçisini susdurub

Moskvada neokolonializmlə mübarizə mövzusunda keçirilən "Millətlərin azadlığı uğrunda" adlı beynəlxalq forumda Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov Ermənistan təmsilçisini susdurub.


APA xəbər verir ki, Vahid Rusiya Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq forumda Ermənistan nümayəndəsi, keçmiş deputat Arman Abovyan Azərbaycanı uydurma “Artsax respublikası"nda tarixi-dini abidələri məhv etməkdə günahlandırmağa çalışıb.


Azərbaycan dövləti əleyhinə yalançı ittihamlar səsləndirən Ermənistan təmsilçisinə millət vəkili Nizami Səfərov tarixi faktlarla cavab verib.


“Ermənistan nümayəndəsi məni bir neçə şərhlə çıxış etməyə vadar elədi. Bu gün Cənubi Qafqaz regionunda tamamilə yeni geosiyasi vəziyyət yaranıb. 30 il davam edən münaqişə bitib. Hansı ki, bu münaqişə Ermənistanın Azərbaycanın suveren ərazisinə təcavüzü ilə bağlı olub. Bu münaqişə soyqırımı, azərbaycanlılara qarşı həm Ermənistanda, həm də Azərbaycanın suveren ərazisində etnik təmizləmələr, insanlığa qarşı hərbi cinayətlərlə müşayiət olunub. Əgər bu gün kimsə Azərbaycanın işğaldan azad olunan ərazilərində olubsa, o zaman həmin ərazilərin ən yaxşı halda Xirosima və Naqasakini xatırlatdığını görə bilər. Milyondan çox mina Azərbaycan ərazilərində basdırılıb. Hətta hərbi əməliyyatlardan sonra 2021-ci il Ermənistan istehsalı olan minalar Azərbaycan ərazilərində basdırılıb ki, o vaxtdan indiyədək 350-dən çox dinc sakin ermənilərin basdırdıqları minaların qurbanı olub”, - deyə azərbaycanlı millət vəkili vurğulayıb.

Nizami Səfərov əlavə edib ki, Azərbaycan sülh müqaviləsini imzalamaq üçün effektiv platforma təklif edib. Hansı ki, bu təkliflər Cənubi Qafqaz regionunun bütün xalqlarının maraqlarına cavab verir.


“Təəssüflər olsun ki, bu günə kimi bir sıra məsələlər həll olunmamış qalır. Hansı ki, bu, uzunmüddətli sülhün, Cənubi Qafqazda beynəlxalq təhlükəsizlik rejiminin bərqərar olunmasını gecikdirir. Bir daha təəssüflə qeyd edirik ki, Ermənistan nümayəndələrinin bir çoxunun çıxışlarında islamafob vurğular mövcuddur. Bu, qəbuledilməzdir. Nəzərə alaq ki, bu gün bu foruma, qarşılıqlı düşmənçiliyi deyil, neokolonializmlə mübarizə aparmaq yollarını müzakirə aparmaq üçün toplaşmışıq”, - deyə Milli Məclisin deputatı fikrini yekunlaşdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.