Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin prezidenti Vilyam Ruto (William Ruto) ilə görüşüb.
Bu barədə səfir "X"də yazıb.
Bildirib ki, Azərbaycan və Keniya bu il diplomatik münasibətlərin 20 illiyini qeyd edəcək:
"Biz tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik. Azərbaycan bu ilin sonunda COP29-a ev sahibliyi etdiyi üçün iqlim dəyişikliyi əsas istiqamətlərdən biridir".
V.Ruto isə diqqətə çatdırıb ki, Keniya və Azərbaycan arasında iki ölkənin və onların xalqlarının böyük rifahı naminə güclənməkdə davam edən möhkəm əlaqələr var:
"İki ölkə arasında mövcud olan 20 illik diplomatik əlaqələr bu möhkəm və səmimi münasibətlərin sübutudur. Azərbaycanın paytaxtı Bakı bu ilin sonunda COP29-u keçirməyə hazırlaşarkən, Keniya Afrikanın iqlim dəyişikliyi ilə bağlı mövqeyini bəşəriyyət üçün ekzistensial təhlükə kimi ifadə etməyə davam edəcək. Biz həmçinin iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün qlobal kollektiv fəaliyyətə çağırışa da davam edəcəyik".