Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.
Senzor.az bildirir ki, günün ilk oyununda İsveçrə və İtaliya yığmaları qarşılaşıblar.
Berlin Olimpiya Stadionunda oynanılan görüş isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 37-ci dəqiqədə Remo Freuler, 46-cı dəqiqədə isə Ruben Varqas vurublar.
Bununla da İsveçrə seçməsi adını 1/4 finala yazdırıb.
Günün ikinci matçında Almaniya millisi Danimarkanı sınağa çəkəcək. Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
**21:08
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb.
Senzor.az bildirir ki, qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.
Qeyd edək ki, görüşü polşalı baş hakim Şimon Marçinyak idarə edir.
**
37-ci dəqiqədə İsveçrə millisinin oyunçusu R.Freuler hesabı açıb: 1 - 0.
**
İlk hissə başa çatdı.
**
İkinci hissə başladı.
**
Ruben Vargas 46-cı dəqiqədə hesab arasındakı fərqi artırdı – 2:0.
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün 1/8 final oyunlarına start veriləcək.
Senzor.az bildirir ki, günün ilk matçında İsveçrə və İtaliya yığmaları üz-üzə gələcək.
Berlindəki Olimpiya stadionunda keçiriləcək oyunda A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirəcək.
Növbəti görüş isə Almaniya və Danimarka seçmələri arasında baş tutacaq.
Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə C qrupunun ikincisidir.
AVRO-2024
1/8 final
29 iyun
20:00. İsveçrə - İtaliya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Berlin, Olimpiya stadionu.
23:00. Almaniya - Danimarka
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu.