Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gəldi və 1/4 finala yüksəldi - YENİLƏNİB

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

 

Senzor.az bildirir ki, İngiltərə və Slovakiya yığmaları üz-üzə gəlib. 

 

Gelzenkirxen şəhərində yerləşən "Feltins Arena"da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə bitdiyi üçün əlavə vaxt oynanılıb.

 

Əlavə 30 dəqiqədə daha bir top vuran ingilislər adını 1/4 final mərhələsinə yazdırıblar.

 

Günün ikinci matçında İspaniya Gürcüstanı sınağa çəkəcək. Kölnün “Reyn Enerqi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxt ilə 23:00-da başlayacaq.

 

Qeyd edək ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

 

**22:06



Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında əlavə vaxtda İngiltərə hesabda irəli çıxıb.

 

Harri Keyn 91-ci dəqiqədə komandasını hesabda önə çıxarıb.

 

**21:58

 

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında əlavə vaxt oynanılacaq.

 

Senzor.az bildirir ki, Cud Bellingem 90+5-ci dəqiqədə İngiltərə millisinin bərabərlik qolunu vurub və matçın 90 dəqiqəsi 1:1 hesabı ilə bitib.

 

**20:28

Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçında hesab açılıb.

İvan Şranz 25-ci dəqiqədə Slovakiya yığmasını hesabda önə çıxarıb.

 

**20:00


Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün ilk - İngiltərə - Slovakiya matçı start götürüb.


Senzor.az xəbər verir ki, qarşılaşma Helzenkirhen şəhərindəki "Feltins Arena"da keçirilir.


Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.


**09:58


Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək.

 

Senzor.az bildirir ki, əvvəlcə meydana İngiltərə və Slovakiya yığmaları çıxacaq. 

 

Gelzenkirxen şəhərindəki "Feltins Arena"da oynanılacaq görüş Bakı vaxt ilə 20:00-da start götürəcək.

 

Günün ikinci matçında İspaniya Gürcüstanı sınağa çəkəcək. Kölnün “Reyn Enerqi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxt ilə 23:00-da başlayacaq.

 

Qeyd edək ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.