Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İspaniya - Gürcüstan qarşılşaması başa çatıb.
Senzor.az bildirir ki, İspaniya komandası rəqibini 4:1 hesabı ilə məğlub edib.
Qarşılşamanın 18-ci dəqiqəsində Robin Le Normand avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. Ardından Fabian Ruis (51) və Niko Uilyams (75) hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni Dani Olmo qoyub. O, 83-cü dəqiqədə komandasının 4-cü qolunu vurub.
Qeyd edək ki, İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılşacaq. Görüş iyulun 5-də, Ştutqart şəhərindəki "MHP Arena"da keçiriləcək.
Onu da qeyd edək ki, daha əvvəl İsveçrə və İngiltərə kollektivləri də 1/4 finala adlayıblar.
**00:45
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/8 final mərhələsi davam edir.
Senzor.az bildirir ki, İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşır.
"Rayn-Energi” stadionunda keçirilən oyunu fransalı referi Fransua Letekse idarə edir.
İspaniya millisinin üzvü Normand matçın 18-ci dəqiqəsində avtoqol müəllifi olub: 0-1.
**
İspaniya - Gürcüstan qarşılşamasında hesab dəyişib.
İspaniya millisinin üzvü Rodri 39-cu dəqiqədə bərabərlik qolunu vurub.
**
Gürcüstanla qarşılaşmada İspaniya yığması daha bir qol vurub.
Fabian Ruis 51-ci dəqiqədə İspaniya millisini önə çıxarıb -2:1.
**
Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Gürcüstanla qarşılşamada İspaniya yığması üçüncü qolu vurub.
75-ci dəqiqədə Niko Uilyams fərqlənib - 3:1.
**
Gürcüstanla qarşılşamada İspaniya yığması daha bir qol vurub.
83-cü dəqiqədə Dani Olmo hesab arasındakı fərqi artırıb - 4:1.