Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Senzor.az bildirir ki, Fransa və Belçika yığmaları üz-üzə gəlib. Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılan görüş fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 85-ci dəqiqədə Belçikanın heyətində avtoqol müəllifi olan Yan Vertongen vurub.
Bununla da Fransa adını 1/4 final mərhələsinə yazdırıb.
Günün ikinci matçında Portuqaliya Sloveniyanı sınağa çəkəcək. “Frankfurt Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığmaları 1/4 finala vəsiqə qazanıblar.