Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı məlum olub.
Senzor.az bildirir ki, 1/8 finalda Sloveniya yığmasına qalib gələn Portuqaliya millisi adını növbəti raunda yazdırıb.
Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb. 105-ci dəqiqədə Portuqaliya seçməsinin hücumçusu Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Beləliklə, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq (3:0) oynayan Roberto Martinesin komandası 1/4 finala yüksəlib.
Portuqaliyalılar bu raundda Fransa yığması ilə qarşılaşacaqlar.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İngiltərə və İspaniya kollektivləri də 1/4 finala adlayıblar.