Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.
Senzor.az bildirir ki, matç Türkiyə millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə seçməsinin qollarını 1-ci və 59-cu dəqiqələrdə Merih Dəmiral vurub. 66-cı dəqiqədə isə Mixael Qreqoriç buraxılan qollardan birinin əvəzini çıxıb - 2:1.
Bununla da Türkiyə seçməsi adını 1/4 finala yazdırıb.
Qardaş ölkənin millisi 1/4 finalda Niderlandla üz-üzə gələcək.
**00:25
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başlayıb.
Senzor.az bildirir ki, qarşılaşma Leyptsiqdəki "Red Bull Arena"da keçirilir.
Görüşü portuqaliyalı baş hakim Artur Diaş idarə edir.
1-ci dəqiqədə Türkiyə hesabı açdı. Merih Demiral fərqləndi.
**
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.
Senzor.az Merih Demiral 59-cu dəqiqədə dubl edib.
**
Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə üçüncü qol vurulub.
Senzor.az bildirir ki, Avstriya millisi buraxılan qollardan birinin əvəzini çıxıb - 2:1.
66-cı dəqiqədə Mixael Qreqoriç adını tabloya yazdırıb.
**09:56
Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulacaq.
Senzor.az bildirir ki, 4-cü oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə "Allianz Arena"da Rumıniya Niderlandla qarşılaşacaq. Almaniyalı Feliks Zvayerin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Digər oyun isə "Red Bull Arena"da keçiriləcək. Burada qardaş ölkə Türkiyənin milli komandası Avstriya ilə üz-üzə gələcək. Matçı portuqaliyalı FİFA referisi Artur Diaş idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bugünkü görüşlərin qalibləri 1/4 finalda bir-birilərinə rəqib olacaqlar.
Qeyd edək ki, bunadək artıq 1/4 finalın 3 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək.