Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.
Senzor.az bildirir ki, Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen isə matçın son nəticəsini təyin edib.
1/4 finala yüksələn Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq. Portuqaliyalı FİFA referisi Artur Diaşın idarə edəcəyi həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İngiltərə, İspaniya, Fransa və Portuqaliya kollektivləri 1/4 finala adlayıblar.