MOSSAD hədələdi... İRAN XAMENEİ İLƏ BAĞLI TƏDBİR GÖRDÜ

İranın dini rəhbəri Əli Xameneinin bu gün cümə namazında çıxışının planlaşdırılması səbəbindən paytaxt Tehranda təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Bu barədə yerli sosial media platformalarında paylaşımlar edilib.

 

Bildirilib ki, polis qüvvələri ilə yanaşı, xüsusi təyinatlılar və mülki geyimli təhlükəsizlik məmurlarının da sayı artırılıb.

 

"Cümə namazı qılınacaq bölgəyə aparan bütün yollarda postlar qurulub, hökumət qüvvələri səfərbər edilib və partlayıcı aşkarlayan itlər cəlb edilib", - məlumatlarda vurğulanıb.

 

Qeyd edək ki, Əli Xamenei sonuncu dəfə 2020-ci ilin yanvarında Qasım Süleymaninin öldürülməsindən sonra cümə namazında iştirak və çıxış edib.

 

Bugünkü iştirak isə Xameneinin 35 illik rəhbərliyi dövründə cümə namazında 42-ci iştirak və çıxışı olacaq.

 

Axar.az xatırladır ki, MOSSAD Xameneini bugünkü cümə namazının "sonuncu" olacağı ilə bağlı təhdid edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.