NATO-nun Avropalı üzvləri hərbi potensialına görə Rusiyadan daha aşağı səviyyədədir, onlar müdafiə xərclərini artırmaqla bu geriliyi kompensasiya etməlidirlər.
Bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Financial Times” qəzetinə müsahibəsində deyib.
Alyansın keçmiş rəhbəri etiraf edib ki, hazırda Avropa ölkələrində potensial münaqişə üçün çox az sayda silah, texnika və hərbi personal var.