Ermənistanın paytaxtı İrəvanın “Respublika” meydanında Baqrat Qalstanyanın çağırışı ilə müxalif “Müqəddəs Mübarizə” hərəkatının mitinqi keçirilir.
Senzor.az bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Bundan əvvəl o, hərəkatın “qələbə və ümid” mərhələsinin başladığını bildirmişdi. Qalstanyan bu mitinqin mübarizənin həlledici mərhələsinin başlanğıcı olacağını da bəyan edib.
Baqrat Qalstanyan jurnalistlərə bildirib ki, bütün eks-prezidentlərin dövründə səhvlər olub, amma indi faciə yaşayırlar: “Mən bütün eks-prezidentlərin dövründə müxalifətdə olmuşam. O vaxt biz səhv mövqedə olan liderlərin hakimiyyəti altında yaşayırdıq. Amma indi faciənin hökmranlığı altındayıq. Bütün bu dövrlər ərzində biz ən yüksək təhlükəsizlik səviyyəsində idik. Əsasən daxili, məişət problemlərimiz vardı. Heç bir ölkə bizi təhdid etmirdi”.
Müxalifətçi keşiş oradan tərəfdarları ilə Konstitusiya Məhkəməsinin binasına gedəcəyini bəyan edib. O həmçinin, Konstitusiya Məhkəməsinin bütün keçmiş və indiki hakimlərini məhkəmənin qarşısına çıxmağa dəvət edib.
B.Qalstanyan növbəti addımları ilə bağlı Konstitusiya Məhkəməsinin qarşısında açıqlama verəcəyini bildirib.
Senzor.az