Türkiyə Daxili İşlər Nazirliyinin Şirnakda keçirdiyi “Gürz-18” əməliyyatı nəticəsində PKK terror qruplaşmasının istifadə etdiyi 55 mağara və başqa sığınacaq yerləri dağıdılıb, xeyli silah-sursat ələ keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə səhifəsində bildirib.
Qeyd olunub ki, əməliyyatlar nəticəsində 10 ədəd “M79” tank əleyhinə raket sursatları, 17 ədəd “PKM” pulemyotu, 12,7 mm-lik zenit silahı, 2 ədəd “RPG-7” reaktiv yaylım atəşi, “Zaqros” snayper silahı, “Draqunov” snayper silahı, “AK-47” piyada tüfəngi, 5 “TM 62 M” tank əleyhinə mina, 123 reaktiv yaylım atəşi, 600 zenit sursat, 7,62 mm-lik 3 min 600 “PKMS” pulemyot gülləsi, 5 min 700 atıcı silah gülləsi, 81 mm 8 minaatan sursatı və 500 metrdən istifadə üçün kustar üsulla hazırlanmış partlayıcı qurğu ələ keçirilib.