Rusiya Odessa limanını vurdu:
ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

Rusiya ordusu Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlə zərbə endirib. Ən azı 6 nəfər həlak olub, 9  nəfər isə yaralanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba teleqram səhifəsində yazıb.

 

Onun sözlərinə görə, xəsarət alanların hamısı ukraynalıdır. Hazırda onlara tibbi yardım göstərilir, 5 nəfərin vəziyyəti ağırdır.

 

Hücum zamanı Panama bayrağı altında üzən mülki gəmi, “Shui Spirit” konteyner gəmisi də zədələnib.

 

Qeyd edək ki, bu, son 4 gündə Rusiyanın hücumuna məruz qalan üçüncü xarici gəmidir.

 

“Ukrayna bu gün ərzaq təhlükəsizliyinin təminatçısı olaraq qalır, buna görə də bu terror praktikasını dayandırmaq vacibdir. Bunun üçün kifayət qədər silah, hava hücumundan müdafiə sistemi, sanksiyalar və hər bir hərbi cinayətə görə cəza lazımdır”, - deyə Kuleba yazıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.