SEPAH-ın Qüds qanadının komandanı İsmayıl Kaani infarkt keçirib və xəstəxanaya aparılıb.
Bu barədə “Skay Nyus Arabiya” İran mənbələrinə istinadən yazıb.
Məlumata görə, İsmayıl Kaani Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı istintaqa çağırılıb və dindirilmə zamanı infarkt keçirib.
Qeyd edək ki, dünən İsmayıl Kaaninin Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı istintaqa çağırıldığı və Xameneinin nəzarəti altında olan şəxslər tərəfindən dindirildiyi barədə məlumat yayılmışdı.
Ərəb İslam Şurasının baş katibi Seyid Məhəmməd Əli Əl-Hüseyni isə “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Kaaninin İsrail casusu olduğunu bildirib və onu Qasm Süleymani, Həsən Nəsrullah, İsmayıl Haniyə və başqalarının ölümünə görə günahkar sayıb.