Türkiyənin yeddi vilayətində səkkiz mütəşəkkil cinayətkar dəstəyə qarşı "Kuyu-32” ve Kuyu-33” əməliyyatları keçirilib.
Senzor.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, əməliyyatlar nəticəsində ümumilikdə 95 şübhəli saxlanılıb.
Əməliyyat nəticəsində həmçinin 24 sənədsiz tapança, 11 sənədsiz tüfəng, 1 avtomat tapança, 9 kəsici- deşici alət ələ keçirilib.