Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiyaya təkcə silah deyil, həm də şəxsi heyət göndərməklə yardım etdiyini bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.
“Biz Rusiya ilə Şimali Koreya kimi rejimlər arasında ittifaqın güclənməsini görürük. Bu artıq sadəcə silah ötürülməsi deyil. Bu, əslində, Şimali Koreyadan işğalçının hərbi qüvvələrinə insanların göndərilməsidir. Aydındır ki, belə şəraitdə tərəfdaşlarımızla münasibətlərimiz inkişafa ehtiyac duyur. Cəbhə daha çox dəstəyə ehtiyac duyur”, – Ukrayna lideri vurğulayıb.
Qeyd edək ki, Şimali Koreyanın bir neçə min əsgərinin Rusiya ərazisində təlim keçdiyi barədə xəbər yayılıb. Bu ordunun 2024-cü ilin sonlarında Ukraynada cəhbə xəttinə və yaxud Rusiyanın sərhədyanı rayonlarına yerləşdiriləcəyi iddia edilir.