CAVABLAR CAVABI - (çingizsultansoy üçün)
MİR ŞAHİN YAZIR

…Fərari Çingiz Sultansoyu yaxşı tanıyıram. Rəhmətlik İsgəndər Həmidovun AzTV-də, birbaşa efirdə onun verilişinə və şəxsən özünə yönələn demokratik tüpürcəyini Azərbaycan xalqı izləyib, ta ünvanına çatanadək! Ola bilsin ki, elə həmin tüpürcəkdir Çingizdə qıcıq doğuran.   Aparıcı odur: qorxa-qorxa, səsini uda-uda gücü ancaq “İsgəndər bəy, əsəbiləşməyin!” deməyə çatan Çingiz Sultansoy!

Ondakı bu “hava-damcı yolunun” travmasıdır ki, “hörmətli” yazarı, qrant nakamını mənim bir neçə gün əvvəl paylaşdığım statusdakı “üzr istəyirəm…sadəcə tüpürdüm!” ifadəsi qıcıqlandırıb. Mən düşüncələrimin, fikirlərimin, çıxardığım bütün qənaətlərin arxasında özümə tam əminliklə dayanıram. Çungiz Sultansoy, Cəmil Həsənli, Sevinc Osmanqızı, Əli Kərimli və s. kimi “siyasi” şarlatanların,  əsl qiymətini mən tarixi dəlil və mənəvi dəyərlər əsasında verirəm. Onların-qaragüruh topasının dabbaqda gönünə bələdəm. Hansı qabığa bürünürlərsə bürünsünlər, mən onların əsil dərilərini bilirəm. 

 

…Bu saat bütün dünyada bir şərəf, bir Azərbaycan davası aparan Prezident İlham Əliyevə qarşı çıxış edən bu növ internet gədə-güdələri əgər qanmırlarsa ki, dövlət başçısının Azərbaycanı qorumaq naminə mübarizəsinin üzərinə getməklə Ermənistanın, Fransanın, ABŞ-ın  antiAzərbaycan mövqeyinə işləyirlər, demək vətənə gerçək xəyanət etdiklərini anlaya bilməyəvək dərəcədə axmaqdırlar. 

 

Bəli, bu gün Ermənistan Azərbaycana “siyasi məhbus” ittihamı ilə təzyiq edir, insanlıq əleyhinə cinayətdə ittiham edilən Araik Arutunyanı, Arkadi Qukasyanı, Ruben Vardanyanı, Vazgen Manukyanı və başqa caniləri siyasi məhbus adlandıraraq azad olunmalarını Bakıdan tələb edir. Fransanın, ABŞ-ın senatorları, konqresmenləri eyni çağırışlarla üzü Bakıya ulaşır və bu zaman Cəmil Həsənli, Əli Kərimli kimi ələkçilər, onların Çingiz Sultansoy kimi qılverənləri eyni mövqeyə şərik olurlar! Bunlar xəyanət və satqınlıq deyilsə, bəs nədir?! Satqının başında cəmilhısənli kimi buynuz olmur ki? Nə vaxt Cəmil Həsənli, Əli Kərimli, Sevinc Osmanqızı və indi də Çingiz Sultansoy kimi erməniYAN DÜDÜKLƏRİ dövlətlə, millətlə bir yerdə o caniləri mühakimə etdi? 

 

Yaşadıqları məkanlarda Azərbaycan naminə bir kiçik brifinq də olsun keçirdilər? Onlara ən ağır cəza tələb etdilər? Etmədilər! Əksinə, həmişə Ermənistanın revanşist kursuna bacardıqları kimi dəstək verdilər və bu saat da verməkdədirlər. Özü də xüsusi olaraq COP29 ərəfəsində ermənidən artıq ermənilik etməkdədirlər! 90-cı illərin küçədə qalmışları bugün də eyni havanı mırıldanırlar. Əgər haralarındasa şərəf deyilən nəsə qalıbsa, “mən siyasi məhbus deyiləm!” deyərdi Tofiq Yaqublu və s. kimi yaşlı və gənc küçə xuliqanları. “Bir halda ki, Qərb bizi Araikə, Rubenə, Vazgenə bərabər tutur, eyniləşdirir-biz onlardan deyilik”- deyərdilər. Az-çox mənlikləri varsa, deyərdilər: “Bizdən istifadə edib Azərbaycana basqı yapma, Qərb!”. Ya da babalı öz vicdanlarına, ən azı deyərdiər ki, erməni qatillər siyasi məhbus deyil!!!

 

Bunu etmək üçün mərd olmaq, gerçək vətənpərvər olmaq lazımdır! Ola biləcəklərmi? Çətin!

 

Çingiz Sultansoy və onunla eyni beyin və ya peyin daşıyanlara bir az başqa savad da verək: 

-Ana Vətən, Ata Dövlət Mir Şahinin kəşfi deyil, ay Şarikovlar… Bu bütün dövrlərdə normal məmləkətlərin mənəvi-anatomik statusu olub. Cahilliyinizin günahını məndə axtarmayın. Sənin ailəndə evin xanımı ana vətən, evin kişisi( əlbəttə kişiliyini etiraf edirsənsə…) ata dövlətdir, yəni sənsən. Dövlət də belədir! 


P.S. Qaragüruh törəmələri, bilirsiniz siz mənə niyə belə nifrət edirsiniz? Ona görə ki, Hal Şahidiyəm. Sağam. Diriyəm! Etdiklərinizi bilirəm. Sifətinizə çırpıram. Özünüzü bakir və bakirə kimi sırımağa çalışdığınız məsum yeni nəsilə 18+xislətinizi (mənəvi-genetik) göstərirəm. Başa salıram ki… qorunsunlar! Gələcək ailələrinə, deməli dövlətə zöhrəvi xəstəlik aparmasınlar.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.