Sahibə Qafarova Cenevrədə Alen Simonyanla görüşdən niyə imtina edib? – REAL TV ƏSL SƏBƏBİ ÜZƏ ÇIXARDI
VİDEO

Xəbər verildiyi kimi, İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş olmayıb. 

 

Senzor.az bildirir ki, Ermənistan spikerinin mətbuat katibi Movses Arutyunyan sosial şəbəkələrdə bununla bağlı həqiqətə uyğun olmayan məlumat yayıb.

 

REAL TV isə görüşün baş tutumamasının əsl səbəbini üzə çıxarıb. Telekanalın əldə etdiyi  məlumata görə, əslində, görüşün baş tutumayacağı xeyli əvvəldən bəlli olub. Belə ki, Parlamentlərarası İttifaqın rəhbərliyi görüş təşəbbüsü ilə çıxış edib və elə ilk andan Milli Məclisin sədri Sahibə Qafarova bu təklifə mənfi cavab verib. Bu isə səbəbsiz deyil.

 

Telekanal qeyd edir ki, indiyədək Sahibə Qafarova ilə Alen Simonyan arasında iki görüş keçirilib. Hər iki görüş Cenevrədə Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə baş tutub. Lakin bu ilin mayında keçirilən görüşdən sonra Ermənistan hakimiyyətinin, o cümlədən, spiker Alen Simonyanın ritorikasında Azərbaycana qarşı mənfiyə doğru dəyişikliklər müşahidə olunur. Bu səbəbdən də Sahibə Qafarova Alen Simonyanla görüşməyə, nəyisə müzakirə etməyə ehtiyac duymayıb.

 

Görüşlərdə məqsəd parlamentlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə verə biləcəyi töhfəni müzakirə etməkdir. Lakin Ermənistan parlamenti sədrinin bəyanatları belə nəticəyə gəlməyə əsas verir ki, o və təmsil olunduğu hakimiyyət əslində sülh istəmir və yalnız imitasiya ilə məşğuldur. Milli Məclisin sədri isə bu oyunu ifşa etmək, Azərbaycan xalqı və dövləti haqqında qeyri-adekvat bəyanatlarla çıxış edən erməni spikerlə görüntü xatirinə görüşməmək qərarına gəlib və bu qərar ermənilərin iddia etdiyi kimi son anda yox, əvvəldən qəbul edilib. Milli Məclis xalqı, Sahibə Qafarova isə Parlamentlərarası İttifaqda Milli Məclisi təmsil edir. Belə olduqda Alen Simonyanın Azərbaycan xalqı və dövləti əleyhinə ayrı-ayrı ölkələrin dirijorluğu ilə həyata keçirilən xorda iştirakı əsas verir ki, Sahibə Qafarova onunla görüşdən imtina etsin. Yəni, hər şey məntiqə və milli maraqlara uyğunudur.

[media=https://www.youtube.com/watch?v=k_j4_Xp5ywo]






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.