Oktyabrın 17-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Latakiya liman şəhərindəki obyektlərə hücum edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hücum nəticəsində əraziyə külli miqdarda ziyan dəyib.
Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) monitorinq bölməsi zərbələrin silah anbarına endirildiyini bildirir. Qeyd olunur ki, onun içərisindəki bütün raketlər partlayıb.
İddialara görə, hücumdan bir qədər əvvəl İran təyyarəsi “humanitar yardım”la Latakiyaya, Xmeymim hava limanına enibmiş...