NATO Qərbi Afrika və Mərkəzi Asiyada fəaliyyətini artırmaq niyyətindədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
O bildirib ki, bu, İŞİD qruplaşması ilə mübarizə aparmaq üçün lazımdır: “Qərbi Afrika və Mərkəzi Asiya üzrə görüşdə müzakirələrimiz İŞİD-in əsas qruplarına qarşı mübarizə səylərimizi genişləndirməyə yönələcək. NATO Yaxın Şərqdə terror qruplaşması ilə mübarizəni davam etdirəcək”.