İstanbulda “3+3” regional platformasının nazirlər toplantısı keçirilir
FOTO

Türkiyənin İstanbul şəhərində “3+3” regional platformasının nazirlər toplantısı başlayıb.

 

Senzor.az bildirir ki, iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

 

İclasda Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov, Abbas Ərakçı və Ararat Mirzoyan da iştirak edirlər.

 

Mediaya qapalı keçən görüşün sonunda mətbuata açıqlama veriləcək.

 

Toplantı çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan iclas iştirakçılarını qəbul edəcək. Hakan Fidanın isə həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.


Qeyd edək ki, Gürcüstan bu formatda danışıqlarda iştirakdan imtina edib.

 

Onu da xatırladaq ki, bu, tərəflərin sayca üçüncü görüşüdür. Bundan əvvəl birinci toplantı 2021-ci ilin dekabrında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada, ikinci görüş isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.