
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinə yekun vurulub.
Senzor.az bildirir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda gecənin bütün qarşılaşmaları başa çatıb.
Son olaraq əsas döyüşdə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.
Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibi M.Torresə ikinci raundda nokautla qalib gəlib.
Beləliklə, UFC-nin Bakıda təşkil etdiyi ikinci turnir başa çatıb. Paytaxtdakı ilk analoji yarış 2025-ci ildə keçirilib.
Xatırladaq ki, "UFC Fight Night Baku" turnirində Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub.