
Əfqanıstanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə ABŞ Geoloji Tədqiqat Mərkəzi (USGS) məlumat yayıb.
Qeyd olunub ki, episentri ölkənin Jurm bölgəsi olan zəlzələnin ocağı 208 kilometr dərinlikdə yerləşib.
İnsan tələfatı və dağıntılarla bağlı məlumat verilməyib.