
Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, saat 07:50-də Ziya Bünyadov prospektində, Dərnəgül yolunda BMW markalı avtomobil körpünün üstündə idarəetmədən çıxıb. Nəticədə, avtomobil yolun ortasındakı işıqlandırma dirəyinə çırpılıb.
Dirək isə zərbənin təsirindən aşaraq əks istiqamətdə öz yolu ilə hərəkətdə olan “Daewoo Gentra” markalı avtomobilin ön şüşəsini qıraraq salonuna girib. Nəticədə, həmin avtomobilin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Hadisə yerindən görüntüləri təqdim edirik: