Şavkat Mirziyoyev Trampı Özbəkistana rəsmi səfərə dəvət etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev amerikalı həmkarı Donald Trampı onun üçün münasib olan vaxtda Özbəkistana rəsmi səfər etməyə dəvət edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iki liderin telefon danışığının yekunlarına dair Mirziyoyevin Mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

 

Söhbət zamanı tərəflər Özbəkistan-ABŞ münasibətlərini və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların ardıcıl icrasını qeyd ediblər.

 

Dövlət başçıları iqtisadiyyat, investisiya, mülki aviasiya, energetika və digər sahələri əhatə edən ikitərəfli əməkdaşlığın dinamikasını yüksək qiymətləndiriblər.

 

Bundan əlavə, Mirziyoyev və Tramp beynəlxalq gündəlikdəki məsələləri müzakirə edərək, qlobal təhlükəsizliyin təmin edilməsi və beynəlxalq, eləcə də regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Həmçinin qarşıdan gələn ikitərəfli və çoxtərəfli tədbirlərin qrafiki nəzərdən keçirilib.

 

Söhbətin sonunda Özbəkistan Prezidenti Donald Trampı ölkəyə rəsmi səfərə dəvət edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.