
Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında üçüncü oyununu keçirəcək.
Senzor.az bildirir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv D Liqasının 2-ci qrupunda Litva yığmasını sınağa çəkəcək. "8-ci kilometr" stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Görüşün baş hakimi Portuqaliya Futbol Federasiyasından Qustavo Korreya olacaq.
Qeyd edək ki, Azərbaycan millisi 2 xalla qrupda ikinci sırada yer alıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.