Rusiyanın Təhlükəsizlik Xidməti Xəzərdə gəmilərə dronlarla hücum planının qarşısını alıb
VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna kəşfiyyat qurumlarının ölkənin cənubunda hərbi aerodromlara, Hərbi Dəniz Donanmasının gəmilərinə və Xəzər dənizindəki mülki gəmilərə dron hücumları seriyasının təşkil edilməsi üzrə genişmiqyaslı əməliyyat planının qarşısını alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzindən açıqlama verilib.

 

"Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti tərəfindən 2026-cı ilin əvvəlindən bəri Rusiya ərazisində Ukrayna xüsusi xidmətlərinin terror fəaliyyətinə qarşı mübarizə əməliyyatı uğurla başa çatdırılıb", - deyə məlumatda bildirilib.

 

Qeyd edilib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən cəlb edilmiş Rusiya vətəndaşları bir neçə mərhələdə 700 kq-dan çox Qərb istehsalı partlayıcı maddə, ən azı 40 hücum kvadrokopteri və 6 hidrosikl, eləcə də ölkədə genişmiqyaslı terror aktları törətmək üçün döyüş dronlarının yığılması və konfiqurasiyası üçün xeyli sayda müxtəlif komponentlər və xüsusi avadanlıqlar əldə ediblər.

 

"2026-cı ilin noyabr ayında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidmətinin agentləri son mərhələyə keçid ediblər - dronları və hidrosiklları (partlayıcı maddələrlə yüklənmiş pilotsuz qayıqlara çevrilmiş halda) döyüş hazırlığına gətiriblər və onları eyni vaxtda seçilmiş hədəflərə doğru buraxmaq niyyətində olublar. Lakin FTX əməkdaşları tərəfindən qarşısı vaxtında alınıb", - deyə İctimai Təhlükəsizlik Mərkəzi bəyan edib.(Bax:https://www.youtube.com/watch?v=Y7VmrIKPAVE)




Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.