
Bu gün Ukrayna danışıqlar qrupu ABŞ və Avropadan olan nümayəndələrlə görüş keçirib.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesablarında açıqlama verib.
Dövlət başçısı qeyd edib ki, ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner görüşə onlayn qoşulublar.
"Diplomatik proseslər fəal şəkildə davam edir və ümid edirik ki, bu, boşa getməyəcək", - deyə Zelenski əlavə edib.
Prezident vurğulayıb ki, Ukrayna qrupu mümkün qədər konstruktiv işləyir və əlavə edib ki, ölkəyə müharibənin ədalətli başa çatması və təhlükəsizliyin təmin edilməsi lazımdır.
Bundan əlavə, görüşdə Avropa ilk dəfə olaraq Rusiya ilə danışıqlarda onu təmsil edəcək 5 ölkənin nümayəndələri tərəfindən tam şəkildə təmsil olunub.
"Bunlar Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, Avropa Komissiyası və Avropa İttifaqının nümayəndələri və NATO nümayəndəsidir. Söhbət çətin keçdi, amma nəticə var. "Biz "Könüllülər Koalisiyası"nın bir hissəsi olaraq Berlində görüşəcək və danışıqlar prosesində konkret birgə addımlar hazırlayacağıq", - deyə Prezident bildirib.